Azərbaycanda investisiya fondları üçün yeni tələb müəyyənləşdirilir | Banco.az

Azərbaycanda investisiya fondları üçün yeni tələb müəyyənləşdirilir

Azərbaycanda investisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməli olacaqlar.

Bu, "İnvestisiya fondları haqqında" qanunda dəyişiklik edilməsi barədə layihəsində öz əksini tapıb.

Sənədə əsasən, “Qiymətli kağızlar bazarı haqqında” qanunda nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et