Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda inflyasiya 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 12,2 faiz təşkil edib. Ötən ayın illik yekununda bu göstərici 12,7 faiz olub.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 111 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib. 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,4 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!