Azərbaycanda hotellərin gəlirləri 128 milyon manatı keçdi | Banco.az

Azərbaycanda hotellərin gəlirləri 128 milyon manatı keçdi

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz artaraq 128,7 milyon manat olmuşdur ki, onun da 58,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,7 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 838,2 min olmuşdur.

Gecələmələrin ümumi sayının 57,8 faizi Bakıda, 9,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 3,5 faizi Qubada, 3,5 faizi Qəbələdə, 2,8 faizi Lənkəranda, 1,8 faizi Gəncədə, 1,5 faizi Şamaxıda, 1,2 faizi Xaçmazda, 1,2 faizi Şabranda, 1,0 faizi Ağdamda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında, 0,8 faizi Şuşada və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.