Azərbaycanda həyat sığortası və qeyri-həyat sığortası artıb | Banco.az

Azərbaycanda həyat sığortası və qeyri-həyat sığortası artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 193,692 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 19,8% çoxdur.

Ötən 6 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 258,674 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,7% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 29,4% artaraq 141,519 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 35,1% artaraq 106,681 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-iyun aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 73,1 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 41,2 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-iyun aylarında müvafiq olaraq 67,7 manat və 32,25 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et