Azərbaycanda həyat sığortası 19%, qeyri-həyat sığortası isə 6% artıb | Banco.az

Azərbaycanda həyat sığortası 19%, qeyri-həyat sığortası isə 6% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 161,621 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 19,4% çoxdur.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 239,338 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,9% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,6 dəfə artaraq 109,399 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 2,8% azalaraq 75,444 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 67,7 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 31,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-iyun aylarında müvafiq olaraq 30,6 manat və 34,4 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et