İnvestisiya - mənfəət (gəlir) və ya müəyyən sosial səmərə əldə olunması məqsədilə sahibkarlıq və yaxud digər fəaliyyət növləri obyektlərinə uzun müddətə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə vəsait və sərvətlər aşağıdakılardır :
- pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;
- daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);
- müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;
- bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan , ancaq patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu;
- torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn başqa əmlak hüquqları;
- başqa sərvətlər.
Maliyyə baxımından investisiya – mənfəət (fayda) əldə edilməsi məqsədilə iqtisadi (təsərrüfat) fəaliyyətinə yönəldilən bütün növ aktivlərdir – vəsaitlərdir. İqtisadi baxımdan investisiya - əsas (müəyyən hallarda hətta dövriyyə) fondlarının yaradılmasına, genişləndirilməsinə, yenidən qurulmasına və rekonstruksiyasına çəkilən xərclərdir.
İnvestisiyalar maddi (real), maliyyə (nominal) və qeyri-maddi investisiyalar olmaqla 3 qrupda təsnifatlaşdırılır. Maddi (real) investisiyalar dedikdə, maddi obyektlərə qoyulan investisiyalar, maliyyə (nominal) investisiyalar dedikdə isə qiymətli kağızlar, paylara qoyulan mülkiyyət nəzərdə tutulur. Qeyri-maddi investisiyalar gəldikdə, bu növ investisiyalar təkrar istehsalak ümumi şərtlərinə, reklam vasitəsilə bazanın formalaşdırılmasına, elmi-texniki layihələrinə və s. yatırılan vəsaitlərdir.
Funksional baxımdan, yaxud məqsədlərinə görə iinvestisiyaları ayırsaq, onlar xarici kapital qoyuluşları, başqa sözlə, birbaşa və portfel investisiyalarına bölə bilərik. Birbaşa investisiyalar xarici investorun kapital qoyuluşu obyekti olan müəssisə üzərində nəzarət etməsinə imkan verən və uzunmüddətli iqtisadi maraqlar xidmət edən investisiyalardır. Bunlar əsasən xüsusi firmalar tərəfindən həyata keçirilir. Portfel investisiyalar investora real nəzarət imkanı verməyən qiymətli kağızlara qoyulmuş kapital olub, birbaşa investisiyalar kimi çox vaxt özəl firmalar tərəfindən reallaşdırılır.
Portfel investisiya alətləri istiqraz, səhm, mənzil sertifikatları, Repo və törəmə alətləridir. Yuxarıda qeyd olunduğu kimi bu kimi vasitələrə investisiya etmək üçün investisiya şirkətlərinə müraciət etmək lazımdır. Azərbaycanda əsas və yardımçı investisiya xidmətləri göstərən şirkətlərlə və onların ünvanları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İnvestisiya şirkəti |
Əlaqə vasitələri |
Ünvan |
(+99412) 493 00 91 |
Bakı şəh., Cəfər Cabbarlı küç. 609 |
|
(+99412) 310 33 30 |
Bakı şəh., N.Nərimanov pr. 206, |
|
(+99412) 599 11 38 |
Bakı şəh., Y.Səfərov küç., 27 |
|
(+99412) 460 70 00 |
Bakı şəh., C.Məmmədquluzadə küç. 102 A, City Point Baku (8-ci mərtəbə) |
|
(+99412) 488 05 88; *1234 |
Bakı şəh., Babək pr., Ə.Quliyev küç.,11/31, Babək Plazanın 7-ci mərtəbəsi |
|
|
Bakı şəh., Cəfər Cabbarlı küçəsi44, (Caspian Plaza, 10-cu mərtəbə) |
|
(+99412) 505 78 45 |
Bakı şəh., İçərişəhər, Asəf Zeynallı küç. 31/33 |
|
(+99412) 404 43 72; *9119 |
Bakı şəh., C.Məmmədquluzadə küç. 102 A, City Point Baku (5-ci mərtəbə) |
|
(+99412) 541 33 33 |
Bakı şəh., Dilarə Əliyeva küç., 243 |
|
(+99412) 404 43 25 |
Bakı şəh., İnşaatçılar pr., 22 L |
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!