Azərbaycanda halal dərmanlar necə istehsal ediləcək? | Banco.az

Azərbaycanda halal dərmanlar necə istehsal ediləcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda halal dərman standartı qəbul edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisiar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu "Halal dərman vasitələri - 1-ci hissə - ümumi tələblər" dövlət standartını qəbul edib. Bildirilib ki, bu standart İslam qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur.

Banco.az  halal dərman istehsalında hansı tələblərə necə əməl ediləcəyini araşdırıb.

Azərbaycan Standartlaşdırma İnstitutundan Banco.az-a verilən məlumata görə, halal dərman vasitələri tərkibində İslam qaydalarına uyğun olaraq icazə verilən inqrediyentləri olan əczaçılıq məhsullarıdır. Yəni bu növ dərmanlarda insan və ya heyvan mənşəli qan, haram hesab edilən heyvan mənşəli, eyni zamanda digər halal olmayan komponentlərdən istifadə olunmur:

“Standart İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən hazırlanıb və Azərbaycanda daxil olmaqla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə standartın autentik tərcüməsi əsasında milli standart kimi qəbul olunub. Bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyən edir. Bu standartın bütün tələbləri ümumi xarakter daşıyır, ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq dərman vasitələrinin istehsalında iştirak edən bütün təşkilatlar tərəfindən istifadəsini nəzərdə tutur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Həmçinin açıqlamada vurğulandı ki,  AZSTAND-ın SMİİC-də üzvlüyü 2023-cü ilin avqustunda təsdiqlənib və AZSTAND-ın əməkdaşları qurumun müvafiq texniki komitələrinə üzv olub”.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Banco.az-a  açıqlamasında bildirdi ki, dərmanların içərisində çoxsaylı əlavələr, inqretlər qatqılar var. Heç halal qidanın standartı da mükəmməl deyil:

Ən sərfəli kredit üçün müraciət et

“Burada istehsal zamanı çoxsaylı amillər nəzərə alınmalıdır. Dərmanların tərkibində çoxlu qatqılar var. Onları halallığı necə müəyyənləşdiriləcək? Onu kim araşdıracaq? Azərbaycanda bununla bağlı laboratoriyalar varmı? Ölkədə adi şprisi belə araşdıra bilmirlər. Güman edirəm ki, belə standart qəbul olunsa, Azərbaycana hardansa halal adı altında dərmanlar gətiriləcək. İnamı olan insanlar onu qəbul etməyə və almağa məcbur olacaqlar. Düşünürəm ki, bu, hansısa mənasız biznesin inkişafı üçündür və cəmiyyətin tələbinə uyğun olmayan məsələdir. Əgər Azərbaycanda dərman istehsalı biznesi olsaydı, mən də halal dərman vasitələrinin istehsalına başlanmasının tərəfdarı olardım”.

Əczaçı ekspertlər deyir ki,  halal dərman istehsalı prosesində insan qanından və heyvanların mədəaltı şirəsindən istifadə edilir.Ümumiyyətlə halal dərman istehsalında etil, etanol, alkoqoldan istifadə dini qaydalar baxımdan düzgün sayılmır.

Qeyd edək ki, Qlobal Halal əczaçılıq bazarının həcmi 2022-ci ildə 445.9 milyon dollar təşkil edib. 2028-ci ildə isə bu rəqəmin 913.7 milyon olacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram