Azərbaycanda gündəlik xam neft hasilatı açıqlanıb | Banco.az

Azərbaycanda gündəlik xam neft hasilatı açıqlanıb

2023-cü ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 652 min barrel olub. Bunun 533 min barrelini xam neft, 119 min barrelini isə kondensat təşkil edib.

Bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et