Azərbaycanda gümüş və qızıl istehsalı azalıb | Banco.az

Azərbaycanda gümüş və qızıl istehsalı azalıb

Müəllif - Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 794,5 kiloqramı gümüşün, 886,6 kiloqramı qızılın payına düşüb. Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gümüş istehsalı illik müqayisədə 28,1%, qızıl istehsalı isə 21,6% azalıb.

Qeyd edək ki, iyunun 1-nə olan vəziyyətə əsasən, ölkədə 417,1 kiloqram hazır gümüş, 183,4 kiloqram hazır qızıl ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et