Azərbaycanda “Google Pay” və “Samsung Pay” ödəniş sistemləri işləyəcək | Banco.az

Azərbaycanda “Google Pay” və “Samsung Pay” ödəniş sistemləri işləyəcək

“Azərbaycan Mərkəzi Bankı ABŞ-ın “Google” və Cənubi Koreyanın “Samsung şirkətləri ilə onlara məxsus ödəniş sistemlərinin ölkədə işləməsi barədə danışıqlar aparır”.

Bunu  AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

“Bizim dəstəyimizlə “ApplePay” ödəniş sistemi uğurla istifadə edilir. Hazırda isə "Google Pay" və "Samsung Pay" kimi texnologiyaların ölkəmizə gəlməsi üçün danışıqlar aparırıq. Maksimum çalışırıq ki, həmin təşkilatlar siyahılarına Azərbaycanı da əlavə etsinlər. Bunun üçün müəyyən şərtlər var. Bunlar təmassız ödənişlər, elektron ticarət və s.dir. Bu istiqamətdə foksumuz həmin sahələrin inkişaf etdirilməsidir ki, bazarımıza böyük texnologiyaların daxil olması üçün istifadə edək”, - deyə o, qeyd edib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et