Azərbaycanda geyim və ayaqqabı satışları azalıb | Banco.az

Azərbaycanda geyim və ayaqqabı satışları azalıb

Bu ilin yanvar-noyabr aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 5 728,6 mln. manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 12,2% azalıb. Təkcə noyabr ayında əhaliyə 646 mln. manat həcmində qeyd olunan kateqoriya üzrə məhsul satılıb ki, bu da oktyabr ayı ilə müqayisədə 5,3% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 16,4%-i toxuculuq məhsullarının, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et