"Azərbaycanda genişzolaqlı internetin orta sürəti 50% artıb" | Banco.az

"Azərbaycanda genişzolaqlı internetin orta sürəti 50% artıb"

Azərbaycanda internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində ölkədə sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50 % artaraq 26,3 Mb/s təşkil edib.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Twitter” hesabında bildirib.

"2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir", - deyə o qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et