Azərbaycanda fındıq məhsuldarlığı artırılacaq | Banco.az

Azərbaycanda fındıq məhsuldarlığı artırılacaq

Bu gün Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının əsas məqsədi məhsulun soyudulması və ixraca göndərilməsi mexanizminin hazırlanmasıdır.

Bunu  Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın fındıq ixracından gəliri 86,6 milyon dollar təşkil edib. Pul ekvivalentində bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz azalıb.

Hesabat dövründə Azərbaycan 14,19 min ton fındıq ixrac edib ki, bu da 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 23,4 faiz azdır:

"2019-cu ildə Azərbaycanda fındığın məhsuldarlığı 20 min tona bərabər olub. Mövsümün əvvəlindən ixracın həcmi 14 min ton təşkil edib. Qalan 6 min ton isə daxili bazarın payına düşüb".

Assosiasiya sədri vurğulayıb ki, 2020-ci ildə qurum kənd təsərrüfatı zərərvericilri ilə mübarizə üzrə irimiqyaslı tədbirlər keçirib və fermerləri bu tədbirlər fəal iştirak etməyə çağırıb:

Ən sərfəli kredit üçün müraciət et

"Fındıq yetişdirilməsi daha çox torpaq sahəsi ayrılır. Növbəti illərdə məhsuldarlığın artırılması planlaşdırılır. Bu gün fındıq 80 min hektar sahədə yetişdirilir, amma bunun səmərəsi 3-4 il sonra müşahidə olunacaq".

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et