Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018) | Banco.az

Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018)

Facebook sosial şəbəkəsinin istifadəçi sayı ölkədə “doyumluluq” həddinə çatıb. Belə ki, artıq bir ildən çoxdur ki, ölkədəki istifadəçi sayı 1.7-1.75 milyon ətrafında dəyişir.  Orkhanrza.com-un açıqladığı yeni statistik məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 1.73 milyon təşkil edir. Bunların 68.2%-ni (1.18 milyon) kişi, 31.8%-ni (0.55 milyon) qadınlartəşkil edir.

 

 

facebook statistikası kisi qadın yanvar 2018 Azərbaycan - Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018)

 

Yaş tərkibinə görə istifadəçilərin 660 mini 13-25 yaşlarında, 570 mini 26-35 yaşlarında, 279 mini 36-45 yaşlarında, 126 mini 46-55 yaşlarında, 93 mini isə 55 yaşdan yuxarı olan istifadəçilərdir. Son illərdə davam edən yuxarı yaş qruplarındakı artım hazırda da davam etməkdədir. İstifadəçilərin təxminən yarım milyonu 35 yaşdan yuxarı insanlardır.

 

facebook statistikasi yas terkibi uzre Baki Azerbaycan 2018 - Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018)

 

 

facebook statistikası yanvar 2018 Azərbaycan - Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018)

 

İstifadəçilərimiz Facebook-a daha çox mobil cihazlardan daxil olur. Statistika göstərir ki, istifadəçilərin 9%-i Facebook-a yalnız kompüterdən daxil olur. 25% həm kompüter, həm mobil cihazlardan daxil olursa, 66% istifadəçilər Facebook-a yalnız mobil cihazlardan daxil olurlar.

 

facebook statistikasi mobil komputer istifadeci yanvar 2018 Azerbaycan - Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018)

Ən sərfəli kredit üçün müraciət et

 

Mobil cihazlar arasında Android əməliyyat sisteminə malik telefonlar üstünlük təşkil edir.

 

facebook statistikasi mobil komputer yanvar 2018 Azerbaycan - Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018)

 

Aşağıdakı infoqrafikada siz iPhone modelləri üzrə (iPhone 6, 6 Plus, 6S, 6S Plus, 7, 7 Plus) istifadəçilərin sayını görə bilərsiniz. Maraqlı məqam odur ki, iPhone’un ölçüsü daha kiçik olan 6, 6S və 7 modellərini kişi istifadəçilər daha çox istifadə edirsə, böyük ekran ölçülü 6 Plus, 6S Plus və 7 Plus modellərini daha çox qadınlar istifadə edir.

 

facebook statistikasi iphone 6 6plus 7 7plus yanvar 2018 Azerbaycan - Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018)

Bu infoqrafikada isə Samsung Galaxy modelləri üzrə (Galaxy S6, S7, S7 Edge, S8) istifadəçi sayını görə bilərsiniz.

 

facebook statistikasi samsung galaxy s6 s7 s7 edge s8 yanvar 2018 Azerbaycan - Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018)

Facebookda istifadəçilərinin 200 mini münasibət vəziyyətini (relationship status) subay olaraq, 190 mini isə evli olaraq qeyd edib.

 

facebook statistikasi subay evli yanvar 2018 Azerbaycan - Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018)

 

Qeyd edək ki, məlumatlar Facebook’un verdiyi göstəricilərə əsasən hazırlanıb və real göstəricilərlə üst-üstə düşməyə bilər. Məlumatdan istifadə edərkən Orkhanrza.com-a aktiv istinad vermək mütləqdir.

Ən sərfəli krediti almaq üçün müraciət et