Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında ölkədə diri çəkidə 285,4 min ton ət, 1122,9 min ton süd, 1107,4 milyon ədəd yumurta, 14,0 min ton yun, 356,6 ton barama istehsal olunub.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 12 faiz, barama istehsalı 5,1 faiz artıb, yun istehsalı isə 2,8 faiz azalıb.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,7 faiz, bitkiçilik məhsulları istehsalı 3 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!