Azərbaycanda "Energetika haqqında" yeni qanunun tətbiq dairəsi açıqlanıb | Banco.az

Azərbaycanda "Energetika haqqında" yeni qanunun tətbiq dairəsi açıqlanıb

Milli Məclisin qəbul etməsi gözlənilən "Energetika haqqında" yeni qanun dövlət orqanlarına (qurumlarına) və tənzimləyiciyə, habelə enerji istehlakçılarına şamil olunacaq.

Bu, parlamentə daxil olmuş müvafiq qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, qanun energetika subyektlərinə, Azərbaycanın ayrı-ayrı qanunları ilə təsdiq edilmiş hasilatın pay bölgüsü haqqında sazişlərə və neftin və qazın ixrac boru kəmərləri vasitəsilə nəql edilməsinə dair sazişlərə və həmin sazişlər çərçivəsində bağlanılmış və Azərbaycan qanunları ilə təsdiq edilmiş digər sazişlər üzrə münasibətlərə yalnız həmin sazişlərdə nəzərdə tutulan və həmin sazişlərə zidd olmayan hallarda şamil edilir. Qanun enerjinin avtomobil, dəmir yolu, hava və su nəqliyyatı vasitələri ilə daşınmasına, həmçinin nüvə materiallarının idxalına, ixracına, istehsalına, saxlanılmasına və emalına şamil olunmur.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et