Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin fevral ayında Azərbaycanda “Google” ən popular axtarış sistemi olub.
Banco.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ay “Google”un ölkə üzrə bazar payı 86.9 faiz təşkil edib.
Bu dövrdə “Yandex” axtarış sisteminin payı 11.39 faiz, “Bing”in payı 1.03 faiz, “Yahoo”nun payı 0.36 faiz, “DuckDuckGo”nun payı isə 0.28 faiz təşkil edib.
Qeyd edək ki, ötən ay “Google”un global miqyasda payı isə 90,15 faizə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!