Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin may ayında bankların əmanət portfeli 1.6% və ya 187.6 mln. manat artıb. Əmanət portfelinin 53.2%-i (6,454 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hüquqi şəxslərin tələbli depozitləri 17,492.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.2%-ni təşkil edib.
Hesabat ayı ərzində fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 1.2 faiz bəndi azalıb.
Banklardakı dollar əmanətləri ötən ilin müvafiq dövrünə nəzərən isə 3.2 faiz bəndi azalaraq 38% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!