“Azərbaycanda elektrik enerjisinin istehsalı 4% artıb” | Banco.az

“Azərbaycanda elektrik enerjisinin istehsalı 4% artıb”

2022-ci ildə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 4 % artaraq 28 milyard 988,5 milyon kVt/s təşkil edib.

Bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov məlumat verib. Nazirin sözlərinə görə, yanvar-dekabr aylarında istilik elektrik stansiyaları üzrə 2 milyard 7043,3 milyon kVt/s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 milyard 945,2 milyon kVt/s elektrik enerjisi istehsal edilib. Eyni zamanda, ölkədə elektrik enerjisinin ixracı 3 milyard 003,8 milyon kVt/s, idxal isə 137,1 milyon kVt/s olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et