Azərbaycanda əhali arasında dollara tələbat azalıb | Banco.az

Azərbaycanda əhali arasında dollara tələbat azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisi ölkədəki banklardan 626,252 mln. nağd ABŞ dolları alıb. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalıb.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə martda əhali 133,452 mln. nağd dollar alıb ki, bu da fevral ayı ilə müqayisədə 20,3% azdır və son 3 il 9 ay ərzində qeydə alınan ən aşağı aylıq göstəricidir.

Bundan başqa, cari ilin yanvar-mart aylarında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 330,712 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,6% azdır. Təkcə martda banklar əhalidən 120,584 mln. dollar alıblar ki, bu da fevral  ayı ilə müqayisədə 15,3% azdır.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram