Azərbaycanda ƏDV ödəyicilərinin sayı KƏSKİN ARTIB | Banco.az

Azərbaycanda ƏDV ödəyicilərinin sayı KƏSKİN ARTIB

Avqustda 64 min 329 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 53,7 faizinin vəziyyəti aktiv olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artım deməkdir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, yanvar-avqust aylarında ötən ilin eyni ayları ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 31 min 946 təşkil edib, aktiv ƏDV ödəyicilərinin sayı 18 min 622 –yə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1 faiz artıb və onların xüsusi çəkisi 2,2 faiz çox olub.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et