Azərbaycanda dövlət satınalmalarının məbləği 1 mlrd. manatı ötüb | Banco.az

Azərbaycanda dövlət satınalmalarının məbləği 1 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2023-cü ilin birinci yarısında dövlət satınalmalarının dəyəri 1 092,7 milyon manat təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. 

Bu dövrdə 2 721 müsabiqə əsaslı satınalma keçirilib. Bunlardan 30-u açıq tender, 1 531-i elektron açıq tender, 1 023-u kotirovka sorğusu, 137-si isə təkliflər sorğusu üsulu ilə həyata keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram