Azərbaycanda dövlət işçilərinin sayı özəl sektordan artıqdır | Banco.az

Azərbaycanda dövlət işçilərinin sayı özəl sektordan artıqdır

Azərbaycanda dövlət sektorunda çalışanların sayı özəl sektorda işləyənlərdən 223 min nəfər artıqdır.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir. Hesabatdan aydın olur ki, 2018-ci ilin sonuna  ölkədə əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 553,1 min nəfərdir. Bu şəxslər hər ay 839,1 milyon manat məbləğində əməkhaqqı alırlar. 

Bunlardan 888,1 min nəfəri və ya 57,2%-i dövlət sektorunda, 665,5 min nəfər və ya 42,8%-i isə özəl sektorda çalışır.

Ümumi göstəricilərdə olduğu kimi, əksər sahələrdə də dövlətə çalışanların sayı özəl sektordan artıqdır. Amma bəzi sahələrdə, məsələn maliyyə-sığorta, turizm, ticarət və avtotəmir, mədənçıxarma və emal sənayesində, eləcə də tikintidə özəl sektorda daha çox işçi çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etdiyimiz kimi, özəl sektorda əmək haqları daha yüksəkdir. DÖvlət sektorunda orta aylıq əmək haqqı 430,5 manat olduğu halda, özəl setorda orta göstərici 687,7 manat təşkil edir.

Nəticədə özəl sektorda çalışanların sayı az olsa da, hər ay ölkədə ödənilən əmək haqlarının böyük hissəsini onlar alırlar. Belə ki, həm ay dövlət sektorunda çalışanlar 382,3 milyon manat, özəl sektorda çalışanlar isə 457,8 milyon manat onlara verilir.

fed.az