Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Hazırda dollara tələbatın artmasının obyektiv səbəblərindən biri də qarşıdan gələn bayramlar öncəsi ərzaq məhsullarına tələbatın çoxalmasıdır. İş adamları əhalinin bayram qabağı hazırlıqlardan dolayı artan tələbi ödəmək üçün daha çox dollara yönəliblər”.
Bu fikirləri Banco.az-a iqtisadçı Natiq Cəfərli deyib. Onun fikirlərinə görə, məsələnin subyektiv tərəfləri də var.
“Bir müddətdir ki, dollarla bağlı şayələr gəzir. Yaxşı olardı ki, AMB öncədən bu barədə açıqlamalar verərdi. Hesab edirəm ki, hansısa məzənnə dəyişiklikləri yaxın zamanlarda mümkün deyil, buna ehtiyac da yoxdur. Amma bu, o demək deyil ki, məzənnə daim belə sabit qalacaq. Bildiyiniz kimi, məzənnə ölkədə inzibati qaydada tənzimlənir. Bu uzun müddət belə qala bilməz. Bu il olmasa da, 2026-cı ilin əvvəlində hansısa məzənnə dəyişiklikləri ilə bağlı qərar verməyə ehtiyacı yaranacaq”.
Xatırladaq ki, AMB-dən edilən çox açıqlamada bildirilib ki, Azərbaycanda son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır.
Tənzimləyicinin sözlərinə görə, bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır”.
Məlumat kimi qeyd edilir ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələyir.
Bizi sosial şəbəkələrdən izləyin!!