Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb | Banco.az

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

Bu gün dekabrın 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 14-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 11-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0494 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0023 manat və ya 0,20% bahalaşaraq 1,1501 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0003 manat və ya 1,97% azalaraq 0,0149 manat səviyyəsində qərarlaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et