Bu gün sentyabrın 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 14-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 11-i ilə müqayisədə 0,0003 manat və ya 0,03% azalaraq 1,0475 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,007 manat və ya 0,59% artaraq 1,1891 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,28% azalaraq 0,0154 manata enib.