Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb | Banco.az

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Bu gün oktyabrın 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 16-sı ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0474 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0023 manat və ya 0,19% azalaraq 1,1898 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,58% azalaraq 0,0170 manat səviyyəsində qərarlaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et