Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb | Banco.az

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Bu gün oktyabrın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 16-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 15-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0473 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0098 manat və ya 0,82% azalaraq 1,1921 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,4% artaraq 0,0171 manat səviyyəsində qərarlaşıb.