Azərbaycanda dekabrda gündəlik neft hasilatının həcmi açıqlanıb | Banco.az

Azərbaycanda dekabrda gündəlik neft hasilatının həcmi açıqlanıb

Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 668 min barel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bunun 548 min barelini xam neft, 120 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 34-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et