Azərbaycanda daha bir sığorta şirkəti ləğv olunub | Banco.az

Azərbaycanda daha bir sığorta şirkəti ləğv olunub

"Başak-İnam Sığorta Şirkəti" ASC ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti, ev 79 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Başak-İnam Sığorta Şirkəti" 1996-cı ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 7 mln. manatdır.

Qeyd edək ki, cari ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Amrah Sığorta" və "AXA MBask" sığorta şirkətlərinin lisenziyaları ləğv olunub. Bununla da ölkədə fəaliyyət göstərən sığorta şirkət 22-dən 20-yə düşmüşdü.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et