Azərbaycanda çay istehsalı 8%-dən çox azalıb | Banco.az

Azərbaycanda çay istehsalı 8%-dən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2025-ci ilin yanvar-aprel aylarında 3 min 602 ton çay istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 8,2% azalıb.

Məlumata görə, 1 may tarixinə ölkədə hazır məhsul ehtiyatı 48,5 ton olub. 

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında ölkədən 1 milyon 973 min dollar dəyərində 224,3 ton çay ixrac edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram