Azərbaycanda CAMS sertifikasiya təliminin ilk debütü | Banco.az

Azərbaycanda CAMS sertifikasiya təliminin ilk debütü

ACAMS-ın Vendra şirkəti ilə əməkdaşlığı komplayens mədəniyyətinin gücləndirilməsinə yönəlmişdir.

ACAMS (The Association of Certified Anti-Money Laundering Specialists) Azərbaycanın aparıcı təşkilatı Vendra şirkəti ilə birlikdə qızıl statuslu rəsmi CAMS sertifikatını Azərbaycanda ilk dəfə 2019-cu ilin 22 oktyabr tarixində təqdim etmişdir. Tərəfdaşlıq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mütəxəssislərin və qurumların maliyyə savadlığının artırılmasına yönəldilmişdir və müxbir bank münasibətlərinin güclənməsinə diqqət yetirilir.

Müxbir bankların öhdəlikləri barədə daha güclü məlumatlandırma təşəbbüsü, Azərbaycandakı qurumlarda riskləri anlamaq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində cinayəti qiymətləndirmək və müvafiq sahədə siyasət, prosedur və nəzarət mexanizmlərini tətbiq etmək üçün güclü komplayens mədəniyyətini inkişaf etdirməyə yönəldilmişdir. Bu təşəbbüs maliyyə institutlarına müxbir münasibətlərin yaranması və qurulması baxımından beynəlxalq standart və tövsiyyələrə uyğunlaşmağa kömək edəcəkdir.

“Müxbir bank münasibətləri və təcrübəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi qarşı mübarizə baxımından olduqca həssasdır. Çünki, müxbir bank xidmətləri son illərdə maliyyə institutları və yurisdiksiyalar tərəfindən risklərin pozulmasının hədəfinə çevrilmişdir, bu hal maliyyə şəffaflığının pozulmasına səbəb olmuşdur. “ Rohit Sharma, CAMS, ACAMS təşkilatının prezidenti və icraçı direktoru.

“Bizim məqsədimiz təcrübə və daimi peşəkar inkişaf yolu ilə maliyyə cinayətlərinə son qoymaq və riskləri azaltmaqdır. Şirkətimiz bu sahədə mütəxəssislər hazırlamağa çalışır və maliyyə cinayətlərinin qarşısının alınması üzrə mütəxəssislərin ən böyük qlobal birliyinin bir hissəsi olması göstərir ki, öyrənmək üçün geniş bilik, qaynaq və təcrübə şəbəkəsi var.” o sözlərinə əlavə edib.

“Vendra şirkəti ACAMS təşkilatı ilə tərəfdaş olmaqdan şərəf duyur və yerli mütəxəssislər üçün təlim tədbirləri təşkil etməklə ölkədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi qarşı mübarizə və komplayens sahəsində biliyi əhəmiyyətli dərəcədə artırır. Biz düşünürük ki, hər qurumun müvafiq sahədə 1-2 ixtisaslaşmış mütəxəssisə sahib olması, yerli nəzarət orqanlarının qlobal standartlara uyğun güclü komplayens sisteminin formalaşmasında böyük rolu olacaqdır.” Leyla Səlimzadə, CAMS, Vendra şirkətinin direktoru.

###

Association of Certified Anti-Money Laundering Specialists® (ACAMS®)  haqqında

ACAMS peşəkar mütəxəssislər birliyi kimi ABŞ-da yerləşən, beynəlxalq Adtalem Global Education təşkilatının üzvüdür. ACAMS müxtəlif fəaliyyət sahələrindən olan mütəxəssislərin maliyyə cinayətləri və cinayət yolu ilə əldə edilmiş vəsaitlərə qarşı mübarizə sahəsində bilik və bacarıqların artırılması yönündə xidmət göstərən beynəlxalq təşkilatdır. Dünyada peşəkar komplayens mütəxəssisləri arasında geniş yayılmış və nüfuzlu CAMS sertifikatı ACAMS təşkilatına məxsusdur. ACAMS-ın yeni “Qlobal Sanksiyalar üzrə ixtisaslaşmış mütəxəssis” (CGSS) sertifikasiya proqramının materialları 2019-cu ilin oktyabr ayından işıq üzü görüb və 2020-ci ilin yanvar ayından proqrama müraciət etmək olacaq. Ətraflı məlumat üçün acams.orgsəhifəsində tanış ola bilərsiniz.

Adtalem Global Education haqqında

Adtalem Global Education şirkətinin məqsədi xidmətlərindən yararlanan mütəxəssislərin öz məqsədlərinə çatması, uğur qazanması və birliyin inkişafına töhfə verməsidir. Adtalem Global Education Inc. aparıcı işçi qüvvəsi təminatçısıdır və Adtalem Educacional do Brasil (IBMEC, Damásio and Wyden institutions), American University of the Caribbean School of Medicine, Association of Certified Anti-Money Laundering Specialists, Becker Professional Education, Chamberlain University, EduPristine, OnCourse Learning, Ross University School of Medicine and Ross University School of Veterinary Medicine təşkilatlarının ana təşkilatıdır. Ətraflı məlumat üçün adtalem.com və ya Twitter (@adtalemglobal) and LinkedIn səhifələrində tanış ola bilərsiniz.

Vendra haqqında

VENDRA şirkəti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi qarşı mübarizə və komplayens sahəsində təlim xidmətləri göstərən ilk mərkəzdir. Şirkət həmçinin qurumlarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi qarşı mübarizə və komplayens sahəsində güclü sistemin qurulmasına yönəlmiş  məsləhət xidmətləri də təqdim edir. Ətraflı məlumat üçün vendra.org saytında tanış ola bilərsiniz.