Azərbaycanda büdcə kəsiri üzrə proqnoz 800 milyon manata yaxın artırılır | Banco.az

Azərbaycanda büdcə kəsiri üzrə proqnoz 800 milyon manata yaxın artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsirinin 764,3 milyon manat məbləğində böyüdülməklə 3 milyard 354,3 milyon manata çatdırılması nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyi məlumat verib.

Məlumata görə, kəsirin artımının 600 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 % olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et