Azərbaycanda bu sığorta şirkətlərinin ödənişləri artıb | Banco.az

Azərbaycanda bu sığorta şirkətlərinin ödənişləri artıb

Bu ilin yanvar ayının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 11-nin ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar ayında ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Bakı Sığorta” ASC-dir. Bu şirkət il ərzində 156 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 882 min manat təşkil edib ki, bu da illik müqayisədə 2,2% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Qala Həyat Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 110 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 51,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Xalq Həyat Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 100% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

renkinq.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et