Azərbaycanda bu il sənaye istehsalı azalıb | Banco.az

Azərbaycanda bu il sənaye istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında 34,7 mlrd. manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6% az sənaye məhsulu istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 2,3% azalıb, qeyri neft-qaz sektorunda isə 6,5% artıb.

Sənaye məhsulunun 69,5%-i mədənçıxarma sektorunda, 25,3%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7% azalıb, əmtəəlik qaz hasilatı isə 3,2% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et