Azərbaycanda bu il 3 mlrd. manatlıq neft və qaz istehsal olunub | Banco.az

Azərbaycanda bu il 3 mlrd. manatlıq neft və qaz istehsal olunub

Bu ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3 346 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 5% az olub.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 3 108,4 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 5,9% azdır.

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2 301,1 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 3 112,2 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,6%, əmtəəlik qaz hasilatı isə 4,8% azalıb”, - məlumatda qeyd olunur.

Məlumatda qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 2 308,2 min ton neft (6,5% azalma) və 3 978,9 mln. kubmetr qaz (6,4% azalma) hasil edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41 179,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 1% çoxdur. Bu göstəricidən 38 009,6 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 1,2% çoxdur.

Qeyd edək ki, ötən il əmtəəlik neft hasilatı 28 997 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 38 668,6 mlrd. kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin göstəricidi ilə müqayisədə 3,6% azalıb, əmtəəlik qaz hasilatı isə 6,2% artıb.

Hesabat dövründə Azərbaycanda cəmi 29 063 min ton neft (3,6% azalma) və 50 596,7 mln. kubmetr qaz (4,3% artım) hasil edilib.

apa