Azərbaycanda bankların mənfəəti açıqlanıb | Banco.az

Azərbaycanda bankların mənfəəti açıqlanıb

1 noyabr tarixinə Azərbaycanda banklar tərəfindən əldə edilmiş yekun mənfəət 285.75 mln. manata çatıb.

Mərkəzi Bank verdiyi xəbərə görə, bank sisteminin cəmi yekun mənfəəti 299.29 mln. manat, zərəri isə -13.54 mln. manat təşkil edib.

Bildirək ki, bu müddətdə 38 bank mənfəətlə, 5 bank isə zərərlə işləyib.

Bankların yekun mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə artıb. Ötən il 1 noyabr tarixinə bankların yekun mənfəəti 130,18  mln. manat olub.

Qeyd edək ki, vergilər ödənilənədək bankların xalis mənfəəti 305.84 mln. manat təşkil edib. Bu müddətdə bankların faiz gəlirləri 1347.11 mln. manat, qeyri-faiz gəlirləri 349.32 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bankların maliyyə göstəriciləri ilə buradan tanış ola bilərsiniz.

http://banco.az/az/indikator

Ən sərfəli krediti almaq üçün müraciət et