Azərbaycanda bankların aktivləri ilk dəfədir ki, 20 milyard manata çatıb | Banco.az

Azərbaycanda bankların aktivləri ilk dəfədir ki, 20 milyard manata çatıb

1 dekabr 2013-cü il tarixinə olan maliyyə göstəriciləri əsasında Azərbaycanda bank sistemi üzrə  balans aktivlərinin 20 milyard 183,6 milyon manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycanın Mərkəzi bankı tərəfindən verilən məlumata görə, bu göstərici 1 noyabr tarixinə olan göstəriciləri 3% üstələyir. 2013-cü ilin yanvar-noyabr aylarında aktivlərin həcmində 22%-dək artım müşahidə olunmuşdur. Bu göstərici 2012-ci ilin həmin dövründə müşahidə olunan göstəricilərdən 27.2% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2013-cü il 1 noyabr tarixində bankların aktivləri 19 milyard 604.06 milyon manat, 1 oktyabr tarixində 19 milyard 400.46 milyon manat, 1 sentyabr tarixində 18 milyard 918.9 milyon manat, 1 avqust tarixində 18 milyard 693.5 milyon manat, 1 iyul tarixində 18 milyard 186.3 milyon manat, 1 may tarixində 17 milyard 783.9 milyon manat, 1 aprel tarixində 17 milyard 311.8 milyon manat, 1 mart tarixində 16 milyard 701.1 milyon manat, 1 fevral tarixində 16.419 milyard manat, 1 yanvar tarixində 16 milyard 530.4 milyon manat, 2012-ci ilin 1 dekabr tarixində isə 15 milyard 868.4 milyon manat təşkil etmişdir. Onu da vurğulayaq ki, 2011-ci ildə 7.3%-ə çatan bank aktivlərinin həcmi 2012-ci ildə əhəmiyyətli dərəcədə yüksələrək 26.5%-lik artım səviyyəsi nümayiş etdirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az / Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et