Azərbaycanda bank müştərilərinin sayı 7% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda bank müştərilərinin sayı 7% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari il sentyabr ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı 14 milyon 215 min 258 nəfər olub.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayı illik müqayisədə 6,7% və ya 898 min 369 nəfər artıb.

Bu, 1 ay əvvəllə müqayisədə isə 151 min 493 nəfər və ya 1,07% çoxdur.

Qeyd edək ki, hesabat dövrünə müştəri hesablarının sayı isə 36 milyon 750 min 228 ədəd olub. Bu da ötən ayın əvvəli ilə müqayisədə 2,4% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram