Azərbaycanda bank müştərilərinin sayı 24% artıb | Banco.az

Azərbaycanda bank müştərilərinin sayı 24% artıb

Bu ilin noyabrın 1-nə Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 122 004 şəxs artaraq 7 845 360 şəxs təşkil edib.

Azərbaycan Mərkəzi Bankının(AMB) statistikasına görə, müştərilərin 7 726 983 nəfəri fiziki, 118 377 nəfəri hüquqi şəxslərdir. Oktyabr ayı ərzində fiziki şəxslərin sayında 120 219, hüquqi şəxslərin sayında isə 1 785 şəxs artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 33 236 şəxs artaraq 346 970-ə çatıb.

Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 1 509 955 şəxs və ya 23,8% artıb.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et