Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 714 mln. manat kompensasiya ödənilib | Banco.az

Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 714 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 713,861 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,902 mln. manat, “Zaminbank” ASC - 52,38 mln. manat, “Kredobank” ASC - 27,192 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,258 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,943 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,116 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 426,926 mln. manat kompensasiya alıblar.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az