Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığorta bazarının həcmi açıqlanıb | Banco.az

Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığorta bazarının həcmi açıqlanıb

Yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığorta növü üzrə şirkətlər tərəfindən ümumilikdə 47 mln. 198 min 187 manat sığorta haqqı yığılıb.

Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verilən xəbərə görə, bu müddətdə həmin sığorta növü üzrə  şirkətlər tərəfindən 22 mln. 231 min 90 manat sığorta ödənişi həyata keçirilib.

Bu ilin ilk on ayı ərzində əmlak sığortası üzrə yığımlar 124 mln. 745 min 308 manat, ödənişlər isə 28 mln. 240 min 96 manat təşkil edib.

Ümumiyyətlə, yanvar-oktyabr ayları ərzində sığorta şirkətləri tərəfindən bütün sığorta növləri üzrə ümumilikdə 337 mln. 649 min 670 manat sığorta haqqı yığılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% artım deməkdir.

Sığorta haqlarının 114 mln. 436 min 452 manatı icbari, o cümlədən 22 mln. 504 min 447 manatı icbari həyat sığortası üzrə toplanıb.

Həmçinin bu müddətdə sığorta şirkətləri tərəfindən 98 mln. 973 min 907 manat sığorta ödənişi həyata keçirilib. Bu da ödənişlərin ötən ilin ilk on ayı ilə müqayisədə 31 % artım deməkdir.

Ödənişlərin 30 mln. 242 min 942 manatı, o cümlədən 1 mln. 78 min 779 manatı icbari həyata sığortası üzrə ödənilib.

Bu müddətdə könüllü sığorta növləri üzrə yığımlar isə 223 mln. 213 min 218 manat, ödənişlər 68 mln. 730 min 964 manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

gun.az

Ən sərfəli krediti almaq üçün müraciət et