Azərbaycanda avtomobillərin icbari sığortası üzrə yığımlar necə dəyişib? | Banco.az

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə yığımlar necə dəyişib?

2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 23 milyon 457.9 min manat təşkil edib.

Bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 64.2% və ya 9 milyon 175.4 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında 14 milyon 282,5 min manat sığorta haqqı toplanıb.

    Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 17 milyon 206.3 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 30% və ya 3 milyon 975.9 min manat çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 13 milyon 230.4 min manata bərabər olub.

    Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 20.8% azaldıb. Belə ki, ötən ilin ilk iki ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 92.6 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk iki ayında bu rəqəm 73.3 manata enib.

    Ən sərfəli kredit üçün müraciət et

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et