Azərbaycanda aqrar sektor 6%-dən çox böyüyüb | Banco.az

Azərbaycanda aqrar sektor 6%-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 206,7 milyon manat təşkil edib ki, bunun da 2 557 milyon manatı heyvandarlıq, 2 649,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, son 1 ildə kənd təsərrüfatının istehsalı 6,2%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,1%, bitkiçilik məhsulları istehsalı isə 9,2% artıb.

Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Sentyabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 039,5 min hektar əkin sahəsinin 1 031,5 min hektarı biçilib və həmin sahələrdən 3 229 min ton və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çox məhsul götürülüb. Orta hesabla hər hektardan 31,3 sentner məhsul yığılıb. Bundan əlavə, məhsulu toplanmış 9,8 min hektar dən üçün qarğıdalı sahəsindən 57,5 min ton məhsul yığılıb.

Ən sərfəli kredit üçün müraciət et

Sentyabr ayının 1-nə kimi sahələrdən 1 283,8 min ton və yaxud ötən ilin müvafiq dövrünə nisbətən 11,3% çox tərəvəz, 703,8 min ton kartof (9,5% çox), 427,9 min ton bostan məhsulları (14,9% çox), 382,4 min ton meyvə və giləmeyvə (5,6% çox), 56,5 min ton üzüm (49,4% çox), 580,8 ton yaşıl çay yarpağı (16,4% az), 31,4 min ton günəbaxan (48,7% çox), 19,6 min ton şəkər çuğunduru (78,3% az), 164,8 ton pambıq (5% çox) və 3,5 min ton tütün (19,4% çox) yığılıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3% artaraq 332,6 min ton, süd istehsalı 1,5% artaraq 1 386 min ton, yumurta istehsalı 6,9% artaraq 1 242,2 milyon ədəd və yun istehsalı 1,5% artaraq 15,4 min ton olub. Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3% çox barama istehsal olunub.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç