Azərbaycanda apreldə dövlət xətti ilə 151 ipoteka krediti verilib | Banco.az

Azərbaycanda apreldə dövlət xətti ilə 151 ipoteka krediti verilib

Bu il mayın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 456 599 min manat təşkil edib.

İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verilir ki, bu, aprelin 1-i ilə müqayisədə 11 338 min manat, yaxud 0,8% çoxdur.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 151 vahid artaraq 28 667-dən 28 818-ə çatıb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ apreldə dəyişməyərək 80 179 min manat qalıb.

Ötən ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 26,956 milyon manat və yaxud 3,7% artaraq 727,856 milyon manatdan 754,812 milyon manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et