Azərbaycanda “Apple Pay” və “Google Pay”lə ödənişlər 2 dəfə artıb | Banco.az

Azərbaycanda “Apple Pay” və “Google Pay”lə ödənişlər 2 dəfə artıb

Ötən il ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2023-cü il ilə müqayisədə 8.6 faiz bəndi artaraq tarixi maksimuma çatmış və 64.2% olub.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, istifadəçilərin innovativ ödəniş həllərinə uyğunlaşması sürətlə davam etmiş, “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan ödənişlərin sayı və həcmi 2023-cü illə müqayisədə 2 dəfə artıb.

Hesabat dövründə istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 3 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram