Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 5% artıb | Banco.az

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 5% artıb

Bu il martın 1-nə Azərbaycanda 1 420 834 vergi ödəyicisi olub ki, bu da 1 il əvvələ nisbətən 5,1% çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxs və digər təşkilatlardır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 4,4 % və 9,9 % çoxdur.

Fevralın sonuna dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 90,2 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,4 %-i səhmdar cəmiyyəti (SC), 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

Hesabat tarixinə vergi ödəyicilərinin 62,5 %-i aktiv kommersiya qurumları olub. Son 1 ildə onların sayı 14,7 % artıb. O cümlədən aktiv xarici investisiyalı kommersiya qurumlarının sayında 27 % artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,7% artıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram