Bu ilin dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 7,2% artaraq 660 838 təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 17,3% artıb və 34 191-ə çatıb.
Qeyd edək ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 8,9% artaraq 181 822 olub.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!