Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 1 % artıb | Banco.az

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 1 % artıb

Bu il fevralın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,2 % artaraq 861 488 təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 1 % artaraq 58 985 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 0,6 % artəmla 234 098 təşkil edib.