Azərbaycanda aksizlər üzrə daxilolmalar 75% azalıb | Banco.az

Azərbaycanda aksizlər üzrə daxilolmalar 75% azalıb

Bu ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 327,717 milyon manat məbləğində vergi və rüsum daxil olub ki, bu da ötən ilin mart ayına nisbətən 20,675 milyon manat və yaxud 5,9% azdır.

DGK-dən verilən məlumata görə, hesabat ayında gömrük rüsumları illik müqayisədə 8,468 milyon manat və yaxud 11,2% artaraq 87,138 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

ƏDV üzrə daxilolmalar 7,072 milyon manat və yaxud 3,2% artaraq 225,237 milyon manat, aksizlər üzrə daxilolmaları 36,31 milyon manat və yaxud 75,4% azalaraq 11,852 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 96 min manat və yaxud 2,8% artaraq 3,49 milyon manat təşkil edib.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et